Operativ Məlumat Mərkəzi

NATO Baş katibinin müavini Simonyanla sülh prosesini müzakirə edib

1 dəq
Paylaş:
NATO Baş katibinin müavini Simonyanla sülh prosesini müzakirə edib
bu barədə Simonyan özünün “X” hesabında məlumat verib. “Bu gün NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşdüm. Ermənistan və Azərbaycan...

NATO Baş katibinin müavini Radmila Şekerinska İrəvana səfəri çərçivəsində Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Simonyan özünün “X” hesabında məlumat verib.

“Bu gün NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşdüm. Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh barədə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında, o cümlədən müştərək proqramların inkişafı haqqında fikir mübadiləsi apardıq”, - Simonyan bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər