Əsas məzmuna keç

Narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanılıb

Narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanılıb

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə...

Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə olan daha 2 nəfər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Xidmətindən məlumat verilib.

Bildirilib ki, polisə Tural və Orxan adlı şəxslərin rayon ərazisində narkotiklərin satışını həyata keçirdikləri barədə məlumat daxil olub. Həmin şəxslər - Tural Bayramlı və onun qardaşı Orxan tutularaq idarəyə gətirilib.

Onların üzərindən və yaşadıqları evdən 2 kiloqrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə “Hidiş” kimi tanıdıqları İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldıqlarını bildiriblər.

Aşkar edilən faktla bağlı idarənin istintaq şöbəsində başlanılıb.

Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Foto qalereya

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…