Nərimanov rayonunda yerləşən elektronika mağazalarının birindən 3800 manat dəyərində mobil telefon oğurlanıb.
Daxili İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən T.Ağayev və S.Sadıqov müəyyən edilərək saxlanılıblar.
Onlar müştəri qismində mağazaya daxil olub, satıcının başının qarışıq olmasından istifadə edərək əməli törədiblər.
Araşdırma aparılır.