"Fənərbaxça" klubunun baş məşqçisi Joze Mourinyo başqa komandanı çalışdıra bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Qeyd olunub ki, 62 yaşlı mütəxəssislə Braziliya millisi maraqlanır.
Daha əvvəl mətbuatda Braziliya millisinin baş məşqçisi postuna Karlo Ançelotti və Xosep Qvardiolanın da namizəd olduğu bildirilirdi.
Mourinyo ötən yay Türkiyə klubunun baş məşqçisi olub. "Special One"ın "Fənərbağça" ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonunda başa çatır.