Əsas məzmuna keç

Monqolustan parlamenti baş nazirin istefaya göndərilməsinə səs verib

Monqolustan parlamenti baş nazirin istefaya göndərilməsinə səs verib

oktyabrın 17-də keçirilən iclasda iştirak edən 111 deputatdan 71-i qərarın lehinə səs verib. Bildirilir ki, bundan əvvəl – oktyabrın 7-də parlamentin...

Dövlət Böyük Xuralının – yəni parlamentin üzvlərinin əksəriyyəti Qombojavın Zandanşatarın vəzifəsindən kənarlaşdırılması təklifinin lehinə səs verib.

"Operativ Məlumat Mərkəzi-OMM" parlamentin xidmətinə istinadən xəbər verir ki, oktyabrın 17-də keçirilən iclasda iştirak edən 111 deputatdan 71-i qərarın lehinə səs verib.

Bildirilir ki, bundan əvvəl – oktyabrın 7-də parlamentin 50-dən çox üzvü baş nazirin istefası ilə rəsmi sənəd imzalayıb.

Yeni baş nazir təyin olunana qədər hökumət başçısının səlahiyyətlərini müvəqqəti icra edəcək.

Qeyd edək ki, bir qədər əvvəl parlamentin spikeri Daşzeqvin Amarbayasqalan da istefa verib. O bildirib ki, ölkədə yaranan siyasi böhran Monqolustan Xalq Partiyasının məğlubiyyətini qəbul etməyən Zandanşatar və onun tərəfdarlarının davranışlarından qaynaqlanır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…