Əsas məzmuna keç

Misir Prezidenti: Təyyarə qəzasında həlak olanlara rəhmət, onların ailələrinə səbr, yaralılara isə şəfa diləyirəm

Misir Prezidenti: Təyyarə qəzasında həlak olanlara rəhmət, onların ailələrinə səbr, yaralılara isə şəfa diləyirəm

bu barədə məlumat Misir Prezidentinin rəsmi saytında yerləşdirilib. Məktubda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə...

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi İlham Əliyevə başsağlığı məktubu göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat Misir Prezidentinin rəsmi saytında yerləşdirilib.

Məktubda “ Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı verilib.

Misir Prezidenti həlak olanlara , onların ailələrinə səbr, yaralılara isə şəfa diləyib. Bu ağır gündə Azərbaycanın yanında olduqları ifadə edilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…