Əsas məzmuna keç

Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı alınacaq

Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı alınacaq

Prezident İlham Əliyev bununla bağlı Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Belə ki, Məcəlləyə edilmiş dəyişikliklə "Minik...

Minik avtomobillərinin ərazisinə gətirilməsinə görə utilizasiya haqqı alınacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev bununla bağlı Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Belə ki, Məcəlləyə dəyişikliklə "Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı" adlı yeni maddə (233-1-ci) əlavə olunub.

Dəyişikliklə gömrük ərazisinə və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınır.

Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minəcək.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…