Operativ Məlumat Mərkəzi

Milli Məclis sədri İspaniyaya rəsmi səfər edib

1 dəq
Paylaş:
Milli Məclis sədri İspaniyaya rəsmi səfər edib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti İspaniya Krallığına rəsmi səfər edib. Bu barədə "Operativ...

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə İspaniya Krallığına rəsmi səfər edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə şöbəsindən xəbər verilib.

Madrid şəhərinin Barahas Aeroportunda Milli Məclisin sədrini ölkəmizin İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycan-İspaniya parlamentlərarası münasibətlərinin bu günü və gələcək inkişafı barədə müzakirələr aparılacaq.

Rəsmi səfər mayın 20-də başa çatacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax