Əsas məzmuna keç

Meşə yanğınına görə Çanaqqala boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb

Meşə yanğınına görə Çanaqqala boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb

Çanaqqalanın Gelibolu yarımadasında yerləşən əkin sahəsində naməlum səbəbdən başlayan yanğın qısa vaxt ərzində meşəlik ərazisinə yayılıb. Yanğın...

Türkiyənin Çanaqqala vilayətinin rayonunda meşə yanğını baş verib. Bölgədə əsən küləyin ilə yanğına qurudan və havadan müdaxilə edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Çanaqqalanın Gelibolu yarımadasında əkin sahəsində səbəbdən başlayan yanğın qısa vaxt ərzində meşəlik ərazisinə yayılıb. Yanğın səbəbindən ətrafdakı bir çox yaşayış məntəqəsi üzərində qatı tüstü meydana gəlib.

Hadisə ilə bağlı Çanaqqala Valiliyindən açıqlama verilib. Bildirilib ki, qabaqlayıcı tədbirlər çərçivəsində Çanaqqalanın Böyükanafarta kəndi boşaldılıb.

Hazırda həm havadan, həm də qurudan yanğına müdaxilə qrupları səfərbər edilib. Vətəndaşlara bölgədə diqqətli olmaları ilə bağlı xəbərdarlıq olunub.

Çanaqqala boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…