Operativ Məlumat Mərkəzi

"Mançester Siti" "Bayer"in 2 futbolçusu ilə maraqlanır

1 dəq
Paylaş:
"Mançester Siti" "Bayer"in 2 futbolçusu ilə maraqlanır
Mançester Siti Bayerin iki futbolçusu ilə maraqlanır. Frimpong və Virtz transferi haqqında son məlumatlar.

"Bayer"in iki futbolçusu "Mançester Siti"yə keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Məlumata görə, İngiltərə klubu Jeremie Frimpong və Florian Virtz ilə müqavilə bağlamaq istəyirlər.

Futbolçular "Mançester Siti"nin rəhbərləri tərəfindən Kayl Uoker və Kevin De Bruynenin əvəzediciləri kimi nəzərdən keçirilir.

Frimponqun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.

Bu mövsüm müdafiəçi 31 oyun keçirib, üç qol vurub və on məhsuldar ötürmə edib.

Virtzin qiyməti 140 milyondur. Florian 32 oyun keçirib, 15 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər