Fransa prezidenti Emmanuel Makronun Şri-Lankaya səfəri Fransa liderinin ölkəyə ilk səfəri kimi qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "Radio French International"a istinadən xəbər verir ki, Makron Fransa ilə Şri-Lanka arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümü münasibətilə ölkəyə səfər edib.
Səfəri çərçivəsində yalnız paytaxt Kolombo hava limanında qalan Makron Şri-Lanka prezidenti Ranil Vikremesinqhe və xarici işlər naziri Əli Sabri ilə görüşüb.
Makron çətin iqtisadi dövrlər yaşayan Şri-Lankaya borcun restrukturizasiyasını dəstəkləyəcəyini vəd edib.
Səfərin müddəti 2 saat olub.