Əsas məzmuna keç

Magistraturaya qəbul imtahanına dəyişiklik ediləcək

Magistraturaya qəbul imtahanına dəyişiklik ediləcək

Məlum olduğu kimi, magistraturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir və imtahanda...

kimi, magistraturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən qaydada bir mərhələdə keçirilir və imtahanda bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dil üzrə bilikləri qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından istifadə edilməklə yoxlanılır.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, 2024-cü ildən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən namizədlər xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və ilk dəfə olaraq bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər.

Magistraturaya qəbul imtahanlarında 2024-cü ildən etibarən yazı bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat hələ 2021-ci ilin sonlarında nəşr olunan “Magistr” 1 jurnalında, həmçinin sonrakı nəşrlərdə verilib.

Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrlar yazı bacarıqlarının yoxlanılması üçün onlara təqdim edilən iki esse mövzusundan birini seçməklə həmin mövzu ətrafında fikirlərini də ifadə edəcəklər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…