Operativ Məlumat Mərkəzi

Macarıstanın Aİ-də səsvermə hüququndan məhrum edilməsi təklif edilir

1 dəq
Paylaş:
Macarıstanın Aİ-də səsvermə hüququndan məhrum edilməsi təklif edilir
bu barədə Avropanın “Politico” jurnalı məlumat yayıb. Onun sözlərinə görə, qanunvericinin planı doqquz bənddən ibarətdir. Avropa Parlamentinin...

“Volt Avropa” partiyasından olan deputatlar Avropa İttifaqının martın 6-da keçiriləcək sammiti öncəsi Avropa liderlərinə Macarıstanın blokdakı səsvermə hüququndan məhrum edilməsini nəzərdə tutan fəaliyyət planı göndərəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropanın “Politico” jurnalı məlumat yayıb.

Onun sözlərinə görə, qanunvericinin planı doqquz bənddən ibarətdir. Avropa Parlamentinin deputatları Macarıstanı səsvermə hüququndan məhrum etməklə yanaşı, Aİ-nin baş diplomatı Kaya Kallasın tamhüquqlu xarici işlər naziri təyin edilməsini, ümumi Avropa ordusunun yaradılmasını və Aİ-nin müdafiə səlahiyyətlərinin genişləndirilməsini tələb edirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər