Əsas məzmuna keç

“Leysan yağacaq, dolu düşəcək” - Sabahla bağlı XƏBƏRDARLIQ!

“Leysan yağacaq, dolu düşəcək” - Sabahla bağlı XƏBƏRDARLIQ!

Sabah Bakıda əsasən yağmursuz hava olacaq. Gecə qısa yağış ehtimalı - hava proqnozu.

Sabah Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya yayıb.

Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…