Operativ Məlumat Mərkəzi

Kreml: “Rusiya həm Ermənistan, həm də Azərbaycanla münasibətlərini yüksək qiymətləndirir”

1 dəq
Paylaş:
Kreml: “Rusiya həm Ermənistan, həm də Azərbaycanla münasibətlərini yüksək qiymətləndirir”
bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov jurnalistlərə açıqlamasında bildirib ki, həm Azərbaycan, həm də Ermənistanla...

Moskva Qafqazda sülh, sabitlik və təhlükəsizlikdə maraqlıdır və Bakı və İrəvanla münasibətləri inkişaf etdirməyə davam edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov jurnalistlərə açıqlamasında bildirib ki, həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərimiz var. Biz bu əlaqələri yüksək qiymətləndiririk və bu əlaqələrin daha da inkişafı üçün əlimizdən gələni etmək niyyətindəyik.

O, Cənubi Qafqazın Rusiya üçün uzaq region olmadığını və Moskvanın Qafqazda proqnozlaşdırıla bilən və qarşılıqlı etimad mühitinin yaradılmasını istədiyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər