Operativ Məlumat Mərkəzi

Kobaxidze: “2030-cu ilə qədər Gürcüstan Aİ-yə üzvlük üçün ən hazırlıqlı ölkə olacaq”

1 dəq
Paylaş:
Kobaxidze: “2030-cu ilə qədər Gürcüstan Aİ-yə üzvlük üçün ən hazırlıqlı ölkə olacaq”
o, bu fikri BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransında iştirakından sonra jurnalistlərə açıqlamasında...

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, 2030-cu ilə qədər Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmaq üçün bütün namizəd ölkələr arasında ən yaxşı hazırlığa sahib olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu fikri BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransında iştirakından sonra jurnalistlərə açıqlamasında səsləndirib.

“2030-cu ilə qədər Gürcüstan bütün namizədlər arasında Aİ üzvlüyünə ən yaxşı hazır olan ölkə olacaq. Bunun üçün çox iş görülür, o cümlədən iqtisadi islahatlar həyata keçirilir. Son dörd ildə biz Moldova ilə iqtisadi fərqi 11 milyard dollardan çox artırmışıq”, – deyə Kobaxidze vurğulayıb.

Baş nazir əlavə edib ki, bu addımlar və davam edən islahatlar Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını sürətləndirməyə və üzvlüyü təmin etməyə xidmət edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər