Ukraynanın müdafiə naziri Rustem Umerov ölkəsinin NATO-ya üzv olmaqdan vaz keçmədiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Ukrayna-NATO Şurasının iclasından əvvəl mənim Alyansın baş katibi Mark Rutte ilə mühüm görüşüm oldu. Ukrayna öz strateji kursundan əl çəkmir - biz gələcəyimizi NATO-da görürük", - deyə o bildirib.