"Ukrayna Hollandiyadan silah əvəzinə pul istəməyə başlayıb".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Hollandiyanın müxalifət bloku olan Yaşıl Sol/Əmək Partiyasının lideri Frans Timmermans deyib.
"Ukraynalılar indi fərqli bir şey istəyirlər. Onlar artıq F-16 və ya tank istəmirlər . Onlar bizimlə və digər ölkələrlə birlikdə pilotsuz təyyarələr istehsal etmək üçün pul istəyirlər", - siyasətçi deyib.
Timmermansın sözlərinə görə, Ukraynaya daimi ordu saxlamaq və hərbçilərə maaş vermək üçün pul lazımdır. O vurğulayıb ki, Kiyevin tələbləri dəyişib və Hollandiya buna cavab verməlidir.