Keniyada güclü yağışların təsirinə məruz qalan Nakuru bölgəsindəki Mai Mahiu şəhərində bənd çöküb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nakuru qubernatoru Susan Kihika verdiyi açıqlamada bənd suyunun daşması nəticəsində palçıq altında qalan yaşayış məntəqələrində 42 nəfərin həyatını itirdiyini və xilasetmə işlərinin davam etdiyini bildirib.
Hökumətin şənbə günü verdiyi açıqlamaya görə, əksəriyyəti paytaxt Nayrobidə olan 24 min ailədə yaşayan 130 mindən çox insan ölkədə baş verən qəfil daşqınlar nəticəsində evlərini tərk edib. Keniya Təhsil Nazirliyi davam edən leysan yağışları səbəbindən bu gündən etibarən məktəblərdə semestr tətilinin daha bir həftə uzadılmasına qərar verib.
Keniyada təbii fəlakət nəticəsində daha 42 nəfər ölüb
1 dəq
Oxşar xəbərlər
Daxili Siyasət
Bir çox yerlərdə məcburi köçürmələr olacaq - AÇIQLANDI
Müsahibə
“Bu, ədalətsiz və qəbuledilməz qərardır” – deputatdan AZAL işi üzrə Rusiyaya sərt REAKSİYA
Müsahibə
“Su anbarlarının bərpası və yeni layihələr ölkənin su təhlükəsizliyini keyfiyyətcə yeni səviyyəyə yüksəldib”
Müsahibə