Əsas məzmuna keç

Kaxovkada 7 nəfər itkin düşüb

Kaxovkada 7 nəfər itkin düşüb

bu barədə vilayətin Rusiya yönümlü nümayəndəsi Vladimir Leonteyev məlumat verib. Onun sözlərinə görə, Kaxovka su anbarında suyun səviyyəsinin qalxması...

Xerson vilayətində Kaxovka SES-nin bəndinin dağıdılması nəticəsində 7 nəfər itkin düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə vilayətin Rusiya yönümlü nümayəndəsi Vladimir məlumat verib.

Onun sözlərinə görə, Kaxovka su anbarında suyun səviyyəsinin qalxması səbəbindən 900 nəfər artıq təxliyə olunub. Ukraynalı rəsmilər isə bu göstəricinin 1400-ü ötdüyünü bildirirlər.

Su bəndinin dağılmasından sonra Dnepr çayının qərb sahilində 1800-dən çox ev su altında qalıb. Volodimir Zelenski bölgədəki vəziyyəti kütləvi qırğına səbəb ola biləcək ekoloji bomba kimi qiymətləndirib.

Xatırladaq ki, ötən gün Xerson vilayətinin Rusiyanın nəzarətində olan hissəsində yerləşən Kaxovka SES-in bəndi məhv edilib. Ukraynanın "Cənub" komandanlığı hadisəyə görə Rusiya tərəfini ittiham edib.

Sözügedən stansiyası Ukraynanın cənubundakı rayonların elektrik, enerji, suvarma və su təchizatı, eləcə də Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…