Operativ Məlumat Mərkəzi

Kanadada kiçik təyyarə eniş zamanı avtomobilə çırpılaraq alovlanıb

1 dəq
Paylaş:
Kanadada kiçik təyyarə eniş zamanı avtomobilə çırpılaraq alovlanıb
bu barədə CBC telekanalı məlumat yayıb. Bildirilib ki, “Cessna 182” eniş zamanı yerli hava limanından kənarda yerləşən magistral yolda hərəkət edən...

Kanadanın Britaniya Kolumbiyası ştatının Lenqli şəhərində kiçik təyyarə və pikapın iştirakı ilə baş verən insident nəticəsində 3 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Bildirilib ki, “Cessna 182” eniş zamanı yerli hava limanından kənarda yerləşən magistral yolda hərəkət edən pikapın damına çırpılıb. Toqquşma nəticəsində təyyarə qəzaya uğrayaraq alovlanıb, təyyarədə pilot və sərnişin olub, onlar xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü də xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər