Əsas məzmuna keç

İtaliya XİN rəhbəri ABŞ-İran danışıqlarının II raundunun Romada keçiriləcəyini təsdiqləyib

İtaliya XİN rəhbəri ABŞ-İran danışıqlarının II raundunun Romada keçiriləcəyini təsdiqləyib

İtaliyanın naziri İran ilə arasında müzakirələrinin ikinci mərhələsinin Romada keçiriləcəyini təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Antonio Tajani qeyd edib ki, ABŞ və İran arasında nüvə danışıqlarının növbəti mərhələsi Romada baş tutacaq.

“Biz tərəflərdən, eləcə də vasitəçi kimi çıxış edən Omandan sorğu aldıq və müsbət cavab verdik”, - Tajani bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında danışıqların ilk raundu aprelin 12-də Omanda keçirilib. Hər iki tərəf danışıqların müsbət və konstruktiv keçdiyini bəyan edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…