Moskvadan İstanbula uçan təyyarə tüstülənmə səbəbindən Şeremetyevoya qayıdıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Lenta" xəbər verib.
Havaya qalxdıqdan bir neçə dəqiqə sonra təyyarənin komandiri göyərtəsində yanğın olduğunu bildirib.
Şeremetyevoda xilasedici dəstəyə xəbərdarlıq edərək təyyarənin enişinə hazırlaşıblar.
"Boeing" 737-800 20 dəqiqə sonra təhlükəsiz eniş edib. Üç saat sonra sərnişinlər əvəzedici təyyarə ilə İstanbula uçublar.