İsrailin müdafiə naziri Yoav Gallant ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurilla ilə İranın İsrailə “regional gərginliyə səbəb ola biləcək” mümkün hücumu ilə bağlı görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyindən verilən açıqlama bildirilib.
Görüşdən sonra açıqlama verən Gallant, "Düşmənlərimiz İsrail və ABŞ-ı ayıra biləcəklərini düşünürlər, amma həqiqət bunun əksidir, bizi bir araya gətirir və əlaqələrimizi gücləndirir. Biz həmrəylik içində hərəkət edirik",- deyə bildirib.
İsrailin tərəfdaşları ilə "yaxın əməkdaşlıq" içində həm quruda, həm də havada özünü müdafiə etməyə hazır olduğunu ifadə edən Gallant, "Biz necə cavab verəcəyimizi bilirik",- deyə qeyd edib.
İsrailin müdafiə naziri və CENTCOM komandanı İranın mümkün hücumunu müzakirə ediblər
bu barədə İsrail Müdafiə Nazirliyindən verilən açıqlama bildirilib. Görüşdən sonra açıqlama verən Gallant, "Düşmənlərimiz İsrail və ABŞ-ı ayıra...
Əlaqəli xəbərlər
Növbəti xəbər yüklənir…