Operativ Məlumat Mərkəzi

İsrailin hücumları nəticəsində elektrik infrastrukturuna 22 milyon dollar ziyan dəyib

1 dəq
Paylaş:
İsrailin hücumları nəticəsində elektrik infrastrukturuna 22 milyon dollar ziyan dəyib

İsrail İranın elektrik infrastrukturuna hücumları nəticəsində 22 milyon dollar ziyan vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, Tevanir Elektrik Paylayıcı Şirkətinin baş direktoru Mustafa Recebi Məşədi qeyd edib ki, İsrailin hücumları zamanı elektrik infrastrukturu da hədəfə alınıb.

O, bildirib ki, müxtəlif bölgələrdə 50-dən çox hadisə baş verib, təxminən 25-i təkcə Tehranda qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər