İsrail rəsmiləri Suriyadan sonra yaxın aylarda İraq və İrana hücum etmək istəyirlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" İranın keçmiş vitse-prezidenti və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) veteranı Möhsün Rezaiyə istinadən yazır.
Onun sözlərinə görə, İsrail Qəzza zolağından başlayıb, sonra Livan və Suriyanı işğal edib.
"İsrail yaxın aylarda İraqa hücum etməyi planlaşdırır və İrana qarşı hücumları davam etdirmək arzusundadırlar", - deyə Rezai bildirib.