HƏMAS-ın yüksək rütbəli rəsmisi İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM"-in İsrail mətbuatına istinadən verdiyi məlumata görə, İsrail Müdafiə Qüvvələri (IDF) eyni vaxtda bir sıra bölgələrin sakinlərini gərgin döyüşlər səbəbindən təcili təxliyə etməyə çağırıb.
Belə ki, iyulun 15-i səhər saatlarında HƏMAS hökumətində azad edilmiş məhbuslar üzrə nazir və keçmiş ədliyyə naziri, həmçinin Fələstin parlamentinin üzvü Məhəmməd Fərəc əl-Qul Qəzzada öldürülüb.
Onun sıradan çıxarılması ilə bağlı məlumatı HƏMAS-a yaxın mənbələr təsdiqləyib.
İsrail hərbçiləri bu ərazilərdə gərgin döyüşlərin getdiyini, ordu əməliyyatının tam gücü ilə davam etdiyini və şəhərin mərkəzi hissələrini əhatə etdiyini vurğulayıb.