Operativ Məlumat Mərkəzi

İspaniyanın baş naziri beynəlxalq ictimaiyyəti Fələstini tanımağa çağırıb

1 dəq
Paylaş:
İspaniyanın baş naziri beynəlxalq ictimaiyyəti Fələstini tanımağa çağırıb
İspaniya parlamentində müxalifətin hökumətə suallarının cavablandırıldığı iclasda çıxış edən Sançes Fələstini yaydan əvvəl tanıyacaqlarını təkrarlayıb və...

İspaniyanın baş naziri Pedro Sançez ölkəsinin Fələstin dövlətini tanımağa hazır olduğunu bəyan edib və beynəlxalq ictimaiyyətin Fələstinin varlığını tanımadan ona kömək edə bilməyəcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İspaniya parlamentində müxalifətin hökumətə suallarının cavablandırıldığı iclasda çıxış edən Sançes Fələstini yaydan əvvəl tanıyacaqlarını təkrarlayıb və bunun zəruriliyini müdafiə edib.

Əsrin ən acınacaqlı humanitar fəlakətlərindən birinin Qəzzada baş verdiyini qeyd edən Sançez, "tərəflərdən daimi atəşkəs, HƏMAS-ın terror hücumlarının pislənilməsi, girovların dərhal azad edilməsi və əsirlərin təhvil verilməsini tələb edirik”,- deyə vurğulayıb.

"İsrailin qeyri-müəyyən cavabı dünyanı və Yaxın Şərqi sabitliyi pozmaqla təhdid edir və onilliklər boyu insan haqlarını pozur", - Baş nazir Sançes deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər