Əsas məzmuna keç

İsmayıllıda qanunsuz saxlanılan tüfənglər götürülüb

İsmayıllıda qanunsuz saxlanılan tüfənglər götürülüb

İsmayıllı Rayon Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silahların aşkar götürülməsi istiqamətində növbəti tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi - OMM"-yə verilən məlumata görə, son iki gün ərzində keçirilən tədbirlər zamanı rayon sakinləri- Mətləb Alıyev, Vüsal Mahmudov, Aydın Teymurov və Əlisahab Əlizadədən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri götürülüb. Həmin şəxslər barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Son 1 ay ərzində rayon polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində isə vətəndaşlardan qanunsuz olaraq saxladıqları 20 tüfəng aşkar edilərək götürülüb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…