Operativ Məlumat Mərkəzi

İrəvandakı aeroportda aclıq aksiyası keçirmiş jurnalist Fransaya qayıdıb

1 dəq
Paylaş:
İrəvandakı aeroportda aclıq aksiyası keçirmiş jurnalist Fransaya qayıdıb

İrəvanın “Zvartnots” hava limanında 41 gün aclıq aksiyası keçirən Fransanın erməniəsilli jurnalisti Leo Nikolyan Fransaya qayıdıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

L.Nikolyan, sosial şəbəkədə canlı yayımda 19 kiloqram arıqladığını qeyd edib: “Mübarizəni davam etdirmək üçün özümə gəlməliyəm, sağlamlığımı yaxşılaşdırmalı, yemək yeməliyəm”.

Jurnalist bildirib ki, mübarizəni davam etdirəcək. O, Fransa Milli Assambleyasına getmək və Ermənistanda baş verənlərlə bağlı danışmaq niyyətindədir.

Qeyd edək ki, L.Nikolyan İrəvanın “Zvartnots” hava limanında qeydə aldığı videomüraciətində bildirdiyi kimi Ermənistana buraxılmayıb. Pasport nəzarətindən keçən zaman jurnalistə Ermənistana girişinin qadağan edildiyi bildirilib. Buna etiraz olaraq o, hava limanında qalıb və aclıq aksiyasına başlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər