Operativ Məlumat Mərkəzi

İrəvanda avtobus ağaca çırpılıb, xəsarət alanlar var

1 dəq
Paylaş:
İrəvanda avtobus ağaca çırpılıb, xəsarət alanlar var

İrəvanda 42 saylı marşrut xətti üzrə hərəkət edən avtobus qəza törədib, xəsarət alanlar var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Qeyd olunur ki, qəza iyulun səhər saatlarında Myasnikyan prospektində, akvaparkın yaxınlığında baş verib.

Məlumata görə, sürücü də daxil olmaqla 5 nəfər xəsarət alıb. Onlar İrəvanın müxtəlif tibb mərkəzlərinə aparılıblar.

Qəza ilə bağlı cinayət işi açılıb. Zərərçəkmiş vətəndaşların şəxsiyyəti müəyyənləşdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər