Əsas məzmuna keç

İrandan Azərbaycana 42 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 42 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 42 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən...

İrandan Azərbaycana 42 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərhəd axtarışı və tədbirləri nəticəsində mart ayının 5-də saat 20:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 42 kiloqram 950 qram (39 kq 650 qram marixuana, 3 kq 300 qram tiryək) və 100 ədəd narkotik tərkibli metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…