Əsas məzmuna keç

İrandan Azərbaycana 16 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 16 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib....

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərhəd axtarışı və tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 16 400 qram (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…