Əsas məzmuna keç

İrandakı partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı həlak olub

İrandakı partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı həlak olub

İranın cənub-şərqindəki vilayətində baş verən partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.

“Kirmanda aktı qurbanlarına kömək üçün yerinə göndərilən 3 xilasedici ikinci partlayış zamanı həlak olub”, - məlumatda bildirilir.

Qeyd edək ki, İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində 103 nəfər ölüb, daha 141 insan yaralanıb.

İRNA-nın məlumatına görə, birinci partlayış Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb.

Kirman qubernatorunun üzrə müavini partlayışların terror aktı olduğunu təsdiqləyib.

Yaralananlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir və ölü sayının artacağı ehtimalı var.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…