İranın "Əlborz" esmines ordu donanmasının 94-cü eskadrilyasının tərkibində Bab əl-Məndəb boğazını keçərək Qırmızı dənizə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Esminesin Qırmızı dənizə göndərilməsinin səbəbləri açıqlanmayıb. Agentliyin məlumatına görə, İranın hərbi gəmiləri gəmilərin təhlükəsizliyini təmin etmək və dəniz quldurları ilə mübarizə məqsədilə 1988-ci ildən beynəlxalq sularda fəaliyyət göstərir.
İsrail və radikal Fələstinin HƏMAS hərəkatı arasında gedən müharibə fonunda Qırmızı dənizdə beynəlxalq sularda hərəkət edən gəmilərə hücumlar son aylarda artıb.