Əsas məzmuna keç

"İnter" Lookmanı transfer edə bilər

"İnter" Lookmanı transfer edə bilər

"Atalanta" futbolçusu üçün zəmanətli şəkildə 50 milyon avro tələb edir. Lakin “İnter” 45 milyon avrodan artıq məbləğ və bonus təklif etməyə hazır...

“İnter” nigeriyalı Ademola Lookmanın transferi ilə bağlı “Atalanta” ilə danışıqları dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Atalanta" futbolçusu üçün zəmanətli şəkildə 50 milyon avro tələb edir.

Lakin “İnter” 45 milyon avrodan artıq məbləğ və bonus etməyə hazır olmadığını bildirib.

Bu arada, “Napoli”nin vəziyyəti yaxından izlədiyi qeyd olunur. İtaliya çempionunun həftənin sonuna qədər Lookman üçün “Atalanta”ya rəsmi təklif göndərə biləcəyi iddia edilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…