Böyük Britaniya azalan ordu heyətini artırmaq və hərbi saxlama böhranını həll etmək üçün orduya əlavə 1,3 milyard funt-sterlinq büdcə ayırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi (MN) ötən ay Silahlı Qüvvələrə İşə Qəbul Xidməti (AFRS) adlı yeni bölmənin yaradıldığını elan edib.
2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılan bu struktur Kral Hərbi Dəniz Qüvvələri, Britaniya Ordusu və Kral Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən fərdi işə qəbul proqramlarını əvəz edəcək.
AFRS-in idarəçiliyi 1,3 milyard funt sterlinqlik müqavilə ilə təhlükəsizlik firması Serco-ya verilib və bu müqavilənin 2034-cü ilə qədər davam edəcəyi ifadə edilib.