Operativ Məlumat Mərkəzi

İndoneziya 2028-ci ilə qədər paytaxtını Nusantaraya köçürməyi planlaşdırır.

2 dəq
Paylaş:
İndoneziya 2028-ci ilə qədər paytaxtını Nusantaraya köçürməyi planlaşdırır.
Bu barədə prezident aparatının rəhbəri Məhəmməd Kodari məlumat verib. Onun sözlərinə görə, yeni paytaxtda yalnız prezident sarayının deyil, qanunverici...

İndoneziya hökuməti paytaxtın Cakartadan Nusantaraya köçürülməsini 2028-ci ilə qədər tam başa çatdırmağı hədəfləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bu barədə prezident aparatının rəhbəri Məhəmməd Kodari məlumat verib.

Onun sözlərinə görə, yeni paytaxtda yalnız prezident sarayının deyil, qanunverici və məhkəmə institutlarının da olması vacibdir:

“Hakimiyyətin hər üç qolu Nusantarada təmsil olunmalıdır ki, hökumət səmərəli fəaliyyət göstərə bilsin”.

Kodari bildirib ki, Prezident Prabovo Subiantonun göstərişi ilə bütün zəruri dövlət binalarının inşası 2028-ci ilə qədər yekunlaşdırılacaq.

Bu addım Nusantaranın tamhüquqlu dövlət idarəçiliyi mərkəzinə çevrilməsinə imkan verəcək.

Xatırladaq ki, sabiq prezident Coko Vidodo 2019-cu ildə paytaxtın köçürülməsi ideyasını irəli sürmüşdü. Layihənin ilkin mərhələdə 2024-cü ilə qədər Kalimantan adasında həyata keçirilməsi nəzərdə tutulurdu və təxminən 32 milyard dollar büdcə ayrılmışdı. Lakin COVID-19 pandemiyası səbəbindən işlər ləngimişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər