Əsas məzmuna keç

İlqar Cəlilov yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO

İlqar Cəlilov yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO

bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 17 sentyabr 2024-cü il tarixdə sərəncam imzalayıb. Bununla da İdarə Heyəti bir sədr və iki üzvdən ibarət...

İlqar Kənan oğlu Cəlilov “” Qapalı Cəmiyyətinin İdarə Heyətinin üzvü və sədrin müavini vəzifəsində təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İlham Əliyev 17 sentyabr 2024-cü il tarixdə sərəncam imzalayıb.

Bununla da İdarə Heyəti bir sədr və iki üzvdən ibarət olacaq.

İlqar Cəlilov 08 iyun 1983-cü il tarixində Respublikasının Basarkeçər rayonunda anadan olub.

2006-2011-ci illərdə Müəllimlər İnstitutununda Riyaziyyat və informatika ixtisası üzrə bakalavr, 2015-2016-cı illərdə isə Azərbaycan Dövlət Aqrar Universitetində Yer quruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə təhsil alıb.

2003-2004-cü illərdə “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri” layihəsinin operatoru olan “McDermott” şirkətində ilməçi-takelajçı vəzifəsində çalışıb.

2008-2010-cu illərdə “İntegris”, 2010-cu illərdə “Azerbaijan Development”, 2011 – 2013-cü illərdə isə ”BM Technologies” şirkətində Coğrafi informasiya sistemləri üzrə mühəndis vəzifəsində çalışıb.

2013-2015-ci illərdə ”Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində Elektron idarəetmə şöbəsinin müdiri, 2015-2016-cı illərdə isə Daxili nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

2016-2017-ci illərdə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində İnformasiya və kommunikasiya texnologiyaları təminatı, 2017-2021-ci illərdə isə Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsinin müdiri vəzifəsində çalışıb.

2 aprel 2021-ci il tarixindən etibarən “Daşkəsən Dəmir Filizi” Məhdud Məsuliyyətli Cəmiyyətində Baş direktorun müavini vəzifəsinə təyin edilib.

29 iyun 2022-ci il tarixindən etibarən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

17 sentyabr 2024-ci ildən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü – sədrin müavini vəzifəsində çalışır.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…