Əsas məzmuna keç

İlham Əliyev: "Heydər Əliyevin səyləri sayəsində Azərbaycanda şəffaf maliyyə və audit sistemi qurulub"

İlham Əliyev: "Heydər Əliyevin səyləri sayəsində Azərbaycanda şəffaf maliyyə və audit sistemi qurulub"

bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfransın...

Məhz Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu yolunda yorulmaz səyləri, polad iradəsi sayəsində Azərbaycanda maliyyə və qurulmuşdur. Anadan olmasının 100 illiyini qeyd etdiyimiz bu ildə biz Ulu Öndər tərəfindən təməli qoyulmuş, dinamik inkişaf edən güclü iqtisadiyyat görürük.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İlham Əliyevin “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda elmi-praktiki konfransın iştirakçılarına ünvanlandığı məktubda bildirilib.

Məktubda həmçinin qeyd edilib ki, müstəqilliyimizin ilk illərində iflasa uğramış ölkə iqtisadiyyatını dirçəltməyin yeganə yolunu bazar iqtisadiyyatına keçiddə, dünya iqtisadiyyatına inteqrasiyada görən Ümummilli Lider irimiqyaslı islahatlara start vermişdi. Onun rəhbərliyi ilə korporativ idarəetmənin təkmilləşdirilməsi, azad rəqabət mühitinin dəstəklənməsi sahəsində görülən fundamental tədbirlər azad sahibkarlığın inkişafını ön plana çəkmişdi. Eyni zamanda, Heydər Əliyevin uzaqgörən siyasəti, böyük dövlətçilik təcrübəsi və strateji baxışı ölkənin iqtisadi inkişafını təmin etməklə yanaşı, çoxvektorlu iqtisadi siyasətimizin əsasını qoyub, Azərbaycana dünyada etibarlı tərəfdaş statusu qazandırıb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…