Əsas məzmuna keç

İki rayonu birləşdirən dəmir körpünü oğurlayanlar saxlanıldı

İki rayonu birləşdirən dəmir körpünü oğurlayanlar saxlanıldı

bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis...

Azərbaycanda iki rayonu () dəmir körpü oğurlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinə rayonun Çaylı kəndi ilə Goranboy rayonunun Yolqulular kəndini birləşdirən metal konstruksiyalı körpünün naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub.

Sarısu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri - İlkin Kamalzadə, Xəyal Əliyev, Elgün Məmmədov və Goranboy rayon sakini Şükür Babayev saxlanılıblar.

İlkin dindirilmə zamanı saxlanılan şəxslər dəmir satmaq məqsədilə söküb oğurladıqlarını etiraf ediblər. Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…