Əsas məzmuna keç

Humanitar yardım daşıyan 40 avtomobil Rəfah keçid məntəqəsindən Qəzzaya göndərilib

Humanitar yardım daşıyan 40 avtomobil Rəfah keçid məntəqəsindən Qəzzaya göndərilib

bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb. Bildirilib ki, dizel yanacağı ilə yüklənmiş 6 tanker də Qəzza sərhədini keçib. Bundan başqa,...

Qəzza bölgəsinin sakinləri üçün 40 yük maşını Sinay yarımadasının şimalında yerləşən Rəfah məntəqəsi vasitəsilə anklav ərazisinə göndərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Bildirilib ki, dizel yanacağı ilə yüklənmiş 6 tanker də Qəzza sərhədini keçib. Bundan başqa, Fələstin ərazisində qalan ikili vətəndaşlığı olan 250 nəfər Misir ərazisinə təxliyə edilib.

Bundan əvvəl, BMT Şurası ərəb ölkələri tərəfindən hazırlanmış və Qəzza zolağına humanitar yardım daşınmasını asanlaşdırmaq məqsədi daşıyan qətnamə layihəsini qəbul edib. Qətnamənin lehinə 13 ölkə səs verib, və ABŞ bitərəf qalıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…