Əsas məzmuna keç

"Güzəştlər ABŞ-yə yalnız zorakılığı təşviq edəcək"

"Güzəştlər ABŞ-yə yalnız zorakılığı təşviq edəcək"

Çinin naziri Vanq Yi Vaşinqton administrasiyasını ABŞ prezidenti Trampın tarif siyasəti ilə bağlı artan ticarət gərginliyində zorakılıq etməkdə ittiham edərək, ölkəsinin bu məsələdə heç vaxt güzəştə getməyəcəyini vurğulayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, nazir Vanq Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRİKS Xarici İşlər Nazirləri Toplantısında çıxış edib.

Çinli nazir bəyan edib ki, ABŞ administrasiyası tarif siyasəti ilə birtərəflilik yürüdür və öz ölkəsinin maraqlarını bütün ictimaiyyətin maraqlarından üstün tutur.

Uzun müddətdir azad ticarətdən böyük fayda əldə edən ABŞ-ın digər ölkələrə həddindən artıq tələblərini tətbiq etmək üçün tariflərdən bir vasitə olaraq istifadə etdiyinə diqqət çəkən Vanq, ABŞ-ə yalnız zorakılığı edəcək deyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…