Əsas məzmuna keç

Gürcüstanın dövlət naziri Azərbaycana səfər edəcək

Gürcüstanın dövlət naziri Azərbaycana səfər edəcək

bu barədə dövlət nazirinin aparatından bildirilib. T.Axvlediani Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının...

Gürcüstanın bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani Azərbaycana səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə dövlət nazirinin aparatından bildirilib.

T.Axvlediani Əsir və itkin , götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədrinin dəvəti ilə oktyabrın 9-da Bakıda keçiriləcək “İtkin düşmüş şəxslərlə bağlı məsələlərin həllində səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda konfransda iştirak edəcək.

Dövlət naziri konfransın açılış sessiyasında çıxış edəcək.

Tədbirin məqsədi itkin düşmüş şəxslərin tapılması ilə bağlı məsələlərin müxtəlif aspektlərdən müzakirəsi, məlumat mübadiləsinin və beynəlxalq təcrübənin paylaşılmasını əhatə edən səyləri daha da gücləndirməkdir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…