Əsas məzmuna keç

Fransada abort rəsmiləşdirilib

Fransada abort rəsmiləşdirilib

bu barədə parlamentdə keçirilən səsvermə ilə qərar qəbul olunub. Deputatların 780-i abortun lehinə, 72-si əleyhinə səs verib. Fransa bununla abortu...

Fransada qadınların hamiləliyi dayandırması artıq onların konstitusiya hüququdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə parlamentdə keçirilən səsvermə ilə qəbul olunub.

Deputatların 780-i abortun lehinə, 72-si əleyhinə səs verib.

Fransa bununla abortu konstitusiya hüququ kimi müəyyən edən ilk ölkə statusu qazanıb.

Aborta edən qruplar, eyni zamanda, qərara qarşı sərt edib.

“İnsan insanın həyatını əlindən almaq hüququna sahib ola bilməz” – deyə Vatikanın etiraz bəyanatında qeyd olunur.

Vatikan bəyanatda bütün hökumətlərə müraciət edir, onları tarixin bu mərhələsində insan həyatının qorunmasını prioritet məsələyə çevirməyə çağırır.

Fransada aborta 1975-ci ildən etibarən icazə verilirdi. Lakin rəy sorğuları göstərib ki, ölkə əhalisinin 85 faizi bu barədə qanunlara düzəliş edilməsinin tərəfdarıdır. Qərar paytaxt Parisdə coşqu ilə qeyd olunub.

Eyfel qülləsində “Mənim bədənim, mənim seçimim” şüarı nümayiş etdirilib.

Müqayisə üçün bildirək ki, Amerika Birləşmiş Ştatlarında qadınların abort etdirməsi qadağan olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…