Operativ Məlumat Mərkəzi

Fransa hərbçiləri Ukraynada döyüşməkdən narahatdırlar

2 dəq
Paylaş:
Fransa hərbçiləri Ukraynada döyüşməkdən narahatdırlar

Fransa hərbçiləri Ukraynaya döyüş əməliyyatlarında iştirak etmək üçün göndəriləcəklərindən narahatdırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Ukraynaya göndərilmə riskimiz var. Nə zaman olacağını bilmirəm, amma sonda ora gedəcəyimizə şübhə etmirəm. Dürüst desəm, itkilər çox böyük olacaq", – hərbi məktəbi bitirmiş fransız leytenantı nəşrə bildirib.

Onun sözlərinə görə, Ukraynada onları "qırğın" gözləyir. O, ümumilikdə sülhməramlı olmaq əleyhinə deyil.

"İndiki vəziyyətdə bizə qarşı nə gözlənildiyini həqiqətən qarşılamağa hazırıqmı, bilmirəm", – deyə digər dəniz piyadası nəşrə bildirib.

Qeyd edək ki, Fransa ordusu Ukraynadakı vəziyyətə bənzər şəraitdə döyüşmək üçün təlimlər keçir. Xüsusilə, Fransanın Silahlı Qüvvələri səngərlərdə döyüşmə, radioelektron mübarizə üsulları və pilotsuz uçuş aparatlarının istifadə olunduğu taktiki təlimləri məşq edir. Bundan əlavə, ukraynalı hərbçilərlə birgə təlimlərin sayı artırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər