Operativ Məlumat Mərkəzi

Fici sahillərində qayıq qəzaya uğrayıb, ölənlər var

1 dəq
Paylaş:
Fici sahillərində qayıq qəzaya uğrayıb, ölənlər var
Fici arxipelağı sahillərində qayıq qəzası nəticəsində 3 nəfər boğulub, 12 yaşlı uşaq itkin düşüb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu...

Fici arxipelağı sahillərində qayıq qəzası nəticəsində 3 nəfər boğulub, 12 yaşlı uşaq itkin düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə "Radio New Zealand" məlumat yayıb.

Məlumata görə, göyərtəsində 16 sərnişinin olduğu qayıq paytaxt Suvadan 300 km şərqdə yerləşən Tuvuka adasının sahillərində çevrilib. Ada dövlətinin polisinin qeyd edib ki, batmış qayığın 12 sərnişini xilas edilib, daha 3 nəfərin meyiti sonra tapılıb, 12 yaşlı qız isə itkin düşənlər siyahısındadır.

Fici polisi qəzadan dərhal sonra başlayan uşaq axtarışlarının davam edəcəyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər