Əsas məzmuna keç

FHN yanğın təhlükəsizliyinə dair əhaliyə növbəti dəfə müraciət edib

FHN yanğın təhlükəsizliyinə dair əhaliyə növbəti dəfə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyinə dair əhaliyə növbəti dəfə müraciət edib.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan müraciətdə deyilir:

"Yay insanların qoynunda istirahətə marağının artması ilə kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsilə müşayiət olunur. Nəzərə alsaq ki, havanın hərarətinin yüksəlməsi və bunun günlərlə davam etməsi yanğınların baş verməsi və sürətlə yayılması təhlükəsini artırır. Bu isə daha diqqətli davranmağı tələb edir.

Bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, o cümlədən biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına edilməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli sərvətlərimizə, meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur.

Fövqəladə Hallar Nazirliyi əhaliyə, xüsusilə də sahibkarlara və fərdi təsərrüfat sahiblərinə müraciət edərək, yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladır".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…