Əsas məzmuna keç

FHN-in Şimal Regional Mərkəzi təlim keçirib

FHN-in Şimal Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Şimal Regional Mərkəzi tərəfindən 2023-cü ilin hazırlıq planına uyğun olaraq FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət...

Fövqəladə Hallar Nazirliyi (FHN) Şimal Mərkəzi tərəfindən 2023-cü ilin hazırlıq planına uyğun olaraq FHN-in Mülki qoşunlarının, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələrinin iştirakı ilə keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in Xidmətindən məlumat verilib.

Təlim xilasetmə əməliyyatlarına cəlb olunan qüvvələrin nəzəri və praktiki biliklərinin artırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili, hündürmərtəbəli binalardan, kimyəvi zəhərlənmə ocaqlarından, sel, yanğın, torpaq sürüşməsi və digər zonalarından, mürəkkəb relyefli ərazilərdən zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, həmçinin qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə təşkil edilib.

Uğurla başa çatan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…