Operativ Məlumat Mərkəzi

"Bağırov" körpüsündə tuneldə suçəkmə başa çatıb, yol açılıb - YENİLƏNİB

1 dəq
Paylaş:
"Bağırov" körpüsündə tuneldə suçəkmə başa çatıb, yol açılıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Bağırov" körpüsü ərazisində, tuneldə aparılan suçəkmə əməliyyatı başa çatdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Digər ərazilərdə həyata keçirilən müvafiq zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə bildirilib ki, Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" tunelinə yağış sularının yığılması səbəbindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bağırov körpüsündə suyun çəkilərək kənarlaşdırılması işləri fasiləsiz olaraq davam etdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər